MG-Nİ KƏŞF ET
İstehsalı 1924-cü ildən başlayan MG bir əsrlik tarixi ərzində dinamik və komfortlu idman avtomobilləri istehsal edərək, özünü ən müsbət tərəfdən təsdiq etmişdir. Yüksək səviyyədə Böyük Britaniyada əsası qoyulmuş MG hazırda dünya üzrə satış edir və eyni zamanda sürətlə genişlənməyə və inkişaf etməyə başlamışdır. Bu proses 2021 ci ildə daha çox qərbi və şərqi Avropada özünü qabarıq şəkildə göstərməyə nail olmuşdur.
MG Çinin ən nəhəng və məşhur SAIC Motors avtomobil zavodunda istehsal olunaraq dünyanın bir çox ölkəsinə ixrac olunur.
Praktik və sərfəli yolsuzluq, sedan, hetçbek, SUV və pikaplarını təklif edən MG hazırda genişlənən distribyuter və diler şəbəkəsi ilə Böyük Britaniyada ən sürətlə inkişaf edən avtomobil markasıdır.
Londonun mərkəzində, Marylebone Road-da yerləşən yaradıcılıq məkanında dizayn edilən və bir neçə ölkədə istehsal olunan bugünki MG - geniş, texnologiya ilə zəngin və müasir həyat üçün mükəmməl seçimdir. Burada rahatlıq və təhlükəsizlik üçün 360 dərəcə kamera sistemi, MG parklanma assistenti texnologiyasının ön və arxa park radarları, qızdırılan güzgülər və avtomatik ön fənərləri kimi təchizat toplusu avtomobili çox rahat və arxayın idarə etmək üçün zəmin yaradır.
ASIA Motors olaraq bizim də məqsədimiz MG-ni dünya şöhrətli edən dəyərlərini inkişaf etdirmək, insanların sürməyi və sahib olmağı sevdiyi lüks Britaniya avtomobillərini sərfəli qiymətlərlə və şərtlərlə təklif etməkdir.
MG hər zaman yenilikçi, hər zaman kreativ və hər zaman əyləncəli olub!