SAIC Motor
SAIC Motor, MG-nin (Morris Garages) ana şirkətidir və qlobal avtomobil sənayesində mühüm bir oyunçudur. Şanxayda yerləşən SAIC Motor, dünyada 7-ci ən böyük avtomobil istehsalçısıdır və illik satışları 7 milyon ədəd avtomobili keçən ilk Çin avtomobil qrupudur. MG-dən başqa, SAIC Motor-un avtomobil brendlərinə Roewe və Maxus da daxildir. Həmçinin, SAIC Motor-un beynəlxalq avtomobil nəhəngləri ilə SAIC Volkswagen və SAIC-GM kimi birgə müəssisələri mövcuddur ki, bunlar da şirkətin qlobal avtomobil bazarındakı təsirini artırır.
ASIA MOTORS
MG markasının ölkəmizdə rəsmi və yeganə distribyuteri ASIA Motors şirkətidir.
Şirkət 2021-ci ilin May ayında təsis edilib və 2021 ci ilin Sentyabr ayından etibarən MG markasının 3S formatda (sales, service, spare parts) satış, satışsonrası xidmət və ehtiyat hissələrinin satışı formatında tam rəsmi fəaliyyətini göstərir.
Marka ölkəmizdə 11 model çərgəsi – MG5, MG GT, MG ZS, MG HS, MG ONE, MG RX8, MG eHS, MG4 EV, MG MARVEL R EV və MG7 modelləri ilə, daha sonra isə 2 yeni model – ən yeni MG Cyberster roadsteri və MG T60 pikap modelləri ilə satışlarını davam etdirir. Hazırda 11 model cərgəsi ilə təmsil olunan MG markası dolğun rəng qamması ilə alıcılarını daima sevindirir.