MG markasının yeni modelləri yolda!

Xəbərlər

MG markasının yeni modelləri yolda!

MG avtomobil markasının Azərbaycandakı rəsmi distribütoru olan Asia Motors şirkəti MG T60MG Cyberster modellərini ölkə istiqamətində yolda olduğunu elan edir. Bu addım MG brendinin Azərbaycanda güclü mövqeyini daha da möhkəmləndirir.

MG T60 – güclü və etibarlı pikap modeli olaraq, həm iş məqsədli, həm də şəxsi istifadə üçün ideal seçimdir. Yüksək yükdaşıma qabiliyyəti, davamlılığı və müasir texnologiyası ilə diqqət çəkir. Bu modelin ilkin satış qiyməti 44.900 AZN olaraq müəyyən edilmişdir.

MG Cyberster – Azərbaycanda rəsmi olaraq gətirilən ilk elektrikli kabriolet roadster olmaqla avtomobil sənayesində yeni bir dövr açır. Futuristik dizaynı, güclü performansı və innovativ texnologiyası ilə avtomobil həvəskarlarını həyəcanlandıracaq. Bu modelin ilkin satış qiyməti isə 93.900 AZN təşkil edir.

Asia Motors şirkəti Azərbaycanda sürücülərə keyfiyyətli və müasir avtomobil təcrübəsi təqdim etmək üçün MG brendinin ən son modellərini təqdim etməklə bazarda mühüm addım atır.

MG T60MG Cyberster modelləri ilə bağlı ətraflı məlumat və sifariş üçün Asia Motors-un rəsmi nümayəndəliklərinə müraciət edə bilərsiniz.