ZƏMANƏT
ZƏMANƏTİN MƏZMUNU
- Yeni avtomobilin ümumi zəmanət müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, satış müqaviləsinin tarixindən etibarən 5 il və ya 150000 km (hansı tez bitərsə) müəyyən olunmuşdur.
- Tərəflərin razılaşmasına əsasən aşağıdakı faktlardan hər-hansı biri baş verdikdə Zəmanət müddəti bitir.
2.1. Avtomobilin satış müqaviləsi tarixindən 60 təqvim ayı keçdikdə;
2.2. Avtomobillə qət edilmiş məsafə 150000 km-dən artıq olduqda. - İstehsalçı şirkət avtomobilin aşağıda cədvəldə qeyd olunan, aşınmaya məruz qalan hissələrinə müvafiq zəmanət müddətləri müəyyən edir.
№ |
Ehtiyat hissəsinin adı |
Zəmanət müddəti |
1 |
Hava filteri |
3 ay/10,000km |
2 |
Salon filteri/Kondisioner filteri |
3 ay/10,000km |
3 |
Yağ filteri |
3 ay/5,000km |
4 |
Yanacaq filteri |
6 ay/10,000km |
5 |
Alışdırma şamlar |
3 ay/5,000 km |
6 |
Əyləc qəlibləri/Əyləc dayaqları |
6 ay/10,000 km |
7 |
Debriyaj diski (Stepleniya) |
6 ay/10,000 km |
8 |
Təkərlər |
6 ay/10,000 km |
9 |
Akkumulyator |
12 ay/20,000 km |
10 |
Uzaqdan idarə olunan açar dəsti batareyası |
3 ay/5,000km |
11 |
Şüşəsilənlər |
3 ay/5,000km |
12 |
Lampalar |
3 ay/5,000km |
13 |
Təkər balansı və çarpaz ox-ın tənzimlənməsi |
6 ay/10,000km |
AŞAĞIDAKILARA ZƏMANƏT VERİLMİR
1. Sonradan dəyişdirilmiş qeyri-orijinal ehtiyat hissələri və aksessuarlara;
2. Müştərinin istəyi ilə quraşdırılmış qeyri-orijinal aksessuarlara;
3. Rəsmi Servis mərkəzindən kənarda qoyulmuş hər hansı bir aksessuar və ya avadanlıqlara və ya bu avadanlıqların quraşdırılması nəticəsində meydana çıxan nasazlıqlara.
4. Sürücünün avtomobili istismar etmə qaydasından və avtomobilin saxlanılma şəraitindən asılı olan yeyilməyə, aşınmaya, kənar təsirlərə məruz qalan hissələrə (ilişmə muftası, əyləc diskləri, əyləc başmaqları, Avtomobilin interyerinə, sükan çarxına, tutacaqlara, sürtkülər və rezin hissələr)
5. Aşağıdakı səbəblərdən baş vermiş zədələr və çatışmamazlıqlara:
5.1. Təyinata uyğun olmayan istifadə, qəzalar, oğurluq və ya yanğın;
5.2. Uyğun olmayan və ya çirkli yanacaq, yağlayıcılar və mayelərdən istifadə edildikdə;
5.3. Müvafiq modelin Dövri Texniki Xidmət bölməsində göstərilən müvafiq xidmətlər yerinə yetirilmədikdə;
5.4. Qeyri-orijinal MG (Morris Garages) ehtiyat hissələrindən istifadə edildikdə;
5.5. Dəyişdirmələr və ya qeyri-peşəkar, müvafiq olmayan təmir;
5.6. Daş-çınqıl zədəsi, kimyəvi zədələr, ağacın avtomobil üzərinə aşması, duzlar, dolu, tufan, ildırım və digər təbiət hadisələri;
5.7. Rəsmi MG (Morris Garages) distribüteri tərəfindən aparılmayan təmir işlərinə və onların nəticələrinə, avtomobillə və ya avtomobil üzərində istehsalçı və ya rəsmi distribütor tərəfindən tövsiyyə olunmayan əməliyyatların aparılması;
6. Rəng, işlənmə və digər görünən hissələrin normaya uyğun olaraq köhnəlməməsi;
7. Spidometr göstəriciləri dəyişdirilmiş və ya hər-hansı kənar müdaxilə səbəbilə, kilometr göstəricisi müəyyənləşdirilə bilməyən avtomobillərin hər-hansı hissəsinə;
8. Qəzalar, digər insidentlər, o cümlədən, yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilə dəymiş zərərlərə, təbii fəlakətlər, kommersiya itkiləri və bu kimi hallara;
9. Çirkli və ya standartlara cavab verməyən yanacaq-sürtkü materiallarından istifadə səbəbindən meydana çıxan, habelə avtmobil istehsalçısının tövsiyyələrinə zidd istismarla əlaqədar yaranan bütün digər müdaxilələrin nəticələrinə;
10. Salonun və digər görünən hissələrin rənginin aşınması hallarına, habelə salonda istismar nəticəsində yararan səs-küylərin (səssizləşdirmə işləri) nəticələrinə;
11. Avtomobildəki rezin hissələrə və detallara;
12. Güzgü və şüşələrə;
13. Qapıların tənzimlənməsi ilə əlaqədar hallara;
14. Avtomobilin qəzalar və ya təbii fəlakətlər nəticəsində zədələnməsi hallarına;
15. Ölkədaxili qayda və qanunların tələblərinə əsasən və ya ətraf mühitin qorunması ilə əlaqədar qoyulan tələblərlə bağlı olan problemlər;
16. Avtomobilin saxlama və istismar şərtlərinə əməl edilməməsi nəticəsində, baş vermiş nasazlıqlara;
17. Müvafiq alqı-satqı müqaviləsində və bu müqavilədə nəzərdə tutulmasa da, istehsalçının və ya distribütorun xətaları ilə bağlı olmayan bütün hallara.
ALICININ VƏZİFƏLƏRİ
- Avtomobil sahibi avtomobilin məlumat kitabı və zəmanət kitabçasının Texniki Xidmət bölməsində göstərildiyi kimi öz avtomobilinə qayğı ilə yanaşmalı, vaxtlı-vaxtında texniki xidmətə təqdim etməli və təyinatına uyğun istifadə etməlidir.
- Avtomobili öz hesabınıza rəsmi MG (Morris Garages) distribütorunun rəsmi servis mərkəzinə gətirib müvafiq zəmanətli xidmət işlərini yerinə yetirmək üçün təqdim etməlidir.
- Atomobillə qət edilən hər 7500 km-dən sonra və ya 6 aydan bir avtomobilin mühərrik yağını dəyişməlidir.
- Avtomobil təhvil alınarkən onun rəngi, işlənmələri və digər görünən hissələrinin qüsurları barəsində ləngitmədən təhvil-təslim aktı tarixindən 2 (iki) iş günü ərzində Satıcıya məlumat verməlidir.
- Servislə bağlı bütün suallara cavab vermək üçün avtomobilə göstərilmiş xidmətləri yadında saxlamalıdır.
ZƏMANƏTİN QÜVVƏDƏN DÜŞMƏSİ
Avtomobil sahibinin zəmanət hüquqlarına aşağıdakı hallarda zəmanət müddəti qurtaranadək xitam verilir:
- Avtomobil hissələrinin özbaşına sökülməsi və ya tövsiyyə edilən Bakı şəhəri, Keşlə qəsəbəsi, Yenikənd küşəsi 11 ünvanında yerləşən Rəsmi Servis Mərkəzindən kənarda təmiri.
- Avtomobil sahibi tərəfindən avtomobil məlumat kitabında nəzərdə tutulan dövri cari texniki baxış və istismar qaydalarına əməl edilməməsi, xüsusilə də mühərrik yağının 7500 km-dən bir və ya qət edilən məsafədən asılı olmayaraq ən azı 6 ayda bir dəfə dəyişdirilməməsi.
- Avtomobildə hər hansı ehtiyat hissəsinin özbaşına dəyişdirilməsi və ya orijinal olmayan ehtiyat hissələrinin və digər avadanlıqların quraşdırılması.
- Avtomobilin konstruksiyasına dəyişiklik edilməsi və ya əlavə elektrik və digər qurğuların quraşdırılması.
- Avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi.
- Avtomobildən idman yarışlarında təlim Avtomobili kimi və ya digər formada sürücülük öyrənmək üçün istifadə edilməsi.
- Avtomobilin qarşısıalınmaz qüvvənin təsiri ilə zədələnməsi.
- Avtomobilin həddindən artıq gücə salınması nəticəsində nasazlıqlar yarandığı halda;
- Avtomobilin mühərrik hissəsinin yüksək təzyiq altında yuyulması nəticəsində sıradan çıxmış hissələrə
DİGƏR ŞƏRTLƏR
- Avtomobildən təhlükəsiz istifadə və ümumi istismar xərclərinin aşağı olması üçün avtomobilə müvafiq dövri texniki xidmət göstərilməsi vacib sayılır.
- Dövri texniki xidmətlər minimum tələblərdir və avtomobil sahibinin təşəbbüsü ilə həyata keçirilməlidir.
- Zəmanət dövründə avtomobildə meydana çıxan hər-hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmirin metod və üsullarını avtorizə olunmuş servis mərkəzi müstəqil müəyyən edir. Alıcının bilavasitə texniki xidmət və təmir prosesinə müdaxilə etmək hüququ yoxdur.
- Zəmanət dövründə avtomobildə meydana çıxan hər-hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir prosesinin müddəti, hər bir halda avtomobilin xüsusiyyətləri ilə bağlıdır və müddətlə məhdudlaşdırılmır.
- Əlavə texniki xidmətə ehtiyac havadan, atmosfer hadisələrindən, avtomobil yollarının keyfiyyətcə dəyişkən olmasından, düzgün olmayan istismar və individual sürücülük qabiliyyətindən asılı olaraq yarana bilər.
- Tövsiyyə edilən müvafiq texniki xidmətlərin yerinə yetirilməməsi və ya bu müqavilə üzrə tövsiyyə edilməyən xidmətlərin göstərilməsi səbəbindən yarana biləcək hər-hansı bir zədələnmə zəmanət şərtlərinə aid edilmir.
- Tərəflər razılaşırlar ki, avtomobilə göstərilən pulsuz, dövri və zəmanət xidmətlərinin, avtorizə olunmuş rəsmi texniki servis mərkəzinə malik, rəsmi nümayəndəlik tərəfindən həyata keçirilməsi, qarşılıqlı maraqların təmin edilməsi üçün mühüm şərtdir.
- Zəmanət şərtləri avtomobilin satılmış və qeydiyyatdan keçmiş olduğu ölkədə etibarlıdır. Başqa ölkəyə aparılmış avtomobilə zəmanət verilmir. Bu şərt zəmanət dövrü bitənədək avtomobilin ilkin və ya sonrakı sahibində olmasından asılı olmayaraq təmin olunur.
- Tərəflərin razılaşmasına əsasən, başqa bir ölkədə avtomobil istismar edilərkən avtomobillə bağlı problem yaranmışdırsa, həmin ölkədəki rəsmi MG (Morris Garages) distribyuterinə müraciət edilməlidir.